Xəstəxanda uğurlu əməliyyat - Dünyada bu əməliyyatın ikincisi Bakıda keçirildi

Xəstəxanda uğurlu əməliyyat - Dünyada bu əməliyyatın ikincisi Bakıda keçirildi backend

Dünyada cəmi bir dəfə həyata keçirilən əməliyyatın ikincisi bu gün Bakıda baş tutub.

Söhbət anadangəlmə qulağı olmayan bir qız uşağına yeni bir qulağın qoyulmasından gedir. 14 yaşlı qızın anasının qabırğasından qığırdaqlar alınıb və qızının qulağının bərpa edilməsi üçün istifadə edilib.
Xezerxeber.az-ın məlumatına görə, əməliyyat bakıdakı özəl klinikaların birində həyata keçirilib.
Nadir əməliyyat Azərbaycanda ilk dəfə baş tutur.
Uşaqlarda bu qüsur əsasən ananın hamiləlik dövründə keçirdiyi infeksiyalardan və bir sıra başqa səbəblərdən yarana bilir.
Əməliyyat 3 mərhələdən ibarət olmaqla təxminən 6-7 saat müddətində həyata keçirilib və uğurla başa çatıb. Bu əməliyyatı keçirən pasiyentlərin qulağının tam sağalma dövrü 3 həftə ilə 6 ay arasında olur.