Rusiyadan Azərbaycana YENİ AVİAREYSLƏR açılacaq

Rusiyadan Azərbaycana YENİ AVİAREYSLƏR açılacaq backend

Rusiyanın "Red Wings Airlines" aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb.

Trend bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin protokoluna istinadən məlumat verir.

Protokolda qeyd olunur ki, aviaşirkət hər biri həftədə iki dəfə olmaqla, Voronej-Bakı, Krasnoyarsk-Bakı və Ufa-Bakı reysləri üzrə uçuşlar həyata keçirə bilər.