Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib backend

Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Bu barədə Qaziler.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.