“30 iyun Sevgi günü“ ilə bağlı tədbir keçirildi

“30 iyun Sevgi günü“ ilə bağlı tədbir keçirildi backend

Qaziler.az xəbər verir ki, bu gün Vətən Müharibəsi Veteranlar Birliyinin Səbayel rayon ofisində "30 iyun Sevgi Günü" ilə bağlı tədbir keçirilib.

Xatırladaq ki, 20 Yanvar şəhidləri İlham və Fərizə Allahverdiyevlərin toy günü "Xural" qəzetinin təşəbbüsü ilə uzun illərdir ki, Azərbaycanda Sevgililər günü kimi qeyd edilir.

Öncə tədbir iştirakçıları İlham və Fərizə Allahverdiyevlərin Şəhidlər Xiyabanındakı məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Tədbiri Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı aparıb.

Millət vəkilləri Aqil Abbas, Elman Nəsirli, Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, tanınmış şair Ramiz Rövşən, Qarabağ Qaziləri Birliyinin sədri Ehtimad Əsədov, CASCFEN sədri Azər Həsrət, "Olaylar" qəzetinin və agentliyinin baş redaktoru, yazıçı Yunus Oğuz, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Bilik” Fondunun əməkdaşı Ramilə Qurbanlı, “Həyat” verilişinin aparıcısı Hacı Nuran, “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova, müğənni Roza Zərgərli, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı və digərləri iştirak ediblər.

Çıxış edənlər İlham-Fərizə segvisinin dastana çevrildiyini, bu qəhrəmanlığın vətənpərvər gənclərə nümunə olmasından söz açıblar. Artıq illərdir ki, 30 iyunun "Sevgi Günü" kimi Azərbaycanda qeyd olunduğunu, gənclər arasında bu günün xüsusi önəm daşıdığını bildirblər. Qeyd edilib ki, 30 iyun "Sevgi Günü" kimi rəsmi status alsa daha yaxşı olar.
































QAZİLER.AZ
Diaspora