Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti iyun ayının 30-u axşam saatlarına kimi davam edəcək. Həftə sonu yağış yağacağı gözlənilmir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.
Bakıda və Abşeron yarımadasında hava şəraiti iyunun 30-da dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər arabir yağış yağacaq. Lakin iyulun 1-i günorta saatlarından başlayaraq hava şəraiti əsasən yağmursuz keçəcək. İyul ayının 1-i və 2-si paytaxtda mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək.
Məlumatda qeyd edilib ki, iyun ayının 30-dan artıq yağıntılar tədricən kəsiləcək. İyul ayının 1-i və 2-də əksər rayonlarda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.