“Global Firepower” analitik mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytinqini açıqlayıb.
Axar.az xəbər verir ki, reytinqə 132 ölkə daxil edilib.Azərbaycan ordusu 59-cu yerdə qərarlaşıb. Gürcüstan ordusu 80, Ermənistan ordusu isə 95-ci yeri tutub.
İlk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Fransa düşüb. Siyahıda qardaş Türkiyə ordusu 8-ci, İran isə 20-ci yerdə göstərilib.
Reytinq ölkənin havada, quruda və suda olan potensial imkanları nəzərə alınmaqla, 50 faktor əsasında tərtib olunub.