Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, bu barədə baş nazir Artur Rasizadə qərar verib. Qərar Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən verilib.
Baş nazirin qərarına əsasən, baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına şmallenberq virusu da daxil edilib.Bundan başqa, yoluxucu nodulyar dermatit xəstəliyi də heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına salınıb.
Qeyd edək ki, nodulyar dermatit xəstəliyi ötən ilin yayında Azərbaycanın rayonlarında geniş yayılmışdı. Bu, yüzlərlə heyvan tələf olmasına, heyvan bazarlarının bağlanmasına səbəb olmuşdu.