“www.esgeremektub.com” saytı vasitəsi ilə vәtәndaşların yazdığı mәktublar әsgәrlәrә çatdırılıb.
QAZİLƏR.AZ APA-ya istinadən xəbər verir ki, mәktublar bir qrup tanınmış jurnalist vә keçmiş döyüşçülәrdən əsgərlərə ünvanlanmış məktublar olub.Bu məktubların ilk sahiblәri isә Füzuli istiqamәtindә Sәrhәd Qoşunlarının Qazaxlar Sәrhәd Zastavasının әsgәr vә zabitlәri olub. Görüşdә iştirak edәn layihә rәhbәri Arif Şәmistanlı APA-ya açıqlamasında bildirib ki, qısa müddәt әrzindә 2000 nәfәrәdәk soydaşımız әsgәrlәrә mәktub ünvanlayıb.
A. Şəmistanlı vәtәndaşlardan gәlәn mәktublara xüsusi diqqәtlә yanaşıldığını söyləyib: “Hәr bir mәktubu ünvanına çatdıracağıq. İnsanlarımızın göstәrdiyi diqqәtdәn belә qәrara gәlmişik ki, bu layihә uzunömürlü olacaq”.
Tәdbirdә çıxış edәn millәt vәkili Aydın Hüseynov deyib ki, Azәrbaycan xalqının qәlbi sәrhәddә vә sәngәrdә Vәtәnin keşiyini çәkәn Azәrbaycan ordusuyla döyünür.
Bu tədbidə vətənpərvərlik mahnılarının mahir ifaçısısı, məşhur hərbi diktor Şəmistan Əlizamanlı iştirak edib. Ş. Əlizamanlı sərhədçiləri vətənpərvər mahnıları ilə salamlayıb, onlara Vətən, millət və dövlət üçün gördükləri əməllər üçün minnətdarlığını bildirib. Keçmiş döyüşçü, hәrbi ekspert Üzeyir Cәfәrov bu gün sәrhәdçilәrin keşiyindә durduğu Füzuli rayonunun bir hissəsinin işğaldan azad edilmәsindә iştirak etdiyini bildirib. Ü. Cəfərov bu sәbәbdәn əsgərlərə yazılan mәktubların ünvanına çatdırılmasında xüsusi hәvəslə iştirak etdiyini qeyd edib.
Tədbirdə APA TV nin әmәkdaşı İlqar Rәsul, İlham Tumas keçmiş döyüşçü jurnalist Rey Kәrimoğlu, hәrbi jurnalist Teymur Zahidoğlu da iştirak edib.