Xətai rayon Mərkəzi Kitabxanasında 26 iyun - Narkomaniya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiksiz gələcək naminə” adlı tədbir keçirilib.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hüququ-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloqlar və rayon məktəbliləri iştirak ediblər.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov, həkim-narkoloq Asif Kəngərli, rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Oruc Quliyev, baş kitabxanaçı Gülzadə Quliyeva narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar, fəlakətli nəticələrə səbəb olması ilə əlaqədar ətraflı məlumat verərək cəmiyyət üzvlərini həmin bəlaya düçar olanlara biganə qalmamağa, onları doğru yola qaytarmağa çağırıblar.
Tədbirdə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirici videoçarx nümayiş olunub və məktəblilərin iştirakı ilə həmin mövzuda yazılmış pyeslərdən hazırlanan səhnəciklər göstərilib.