Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi - SƏRƏNCAM

Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi - SƏRƏNCAM backend

Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezidentinin yeni köməkçisinin təyinatına dair sərəncam imzalayıb.

Qaziler.az saytı Modern.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı. O, ölkə başçısının dünən imzaladığı sərəncamla səfir vəzifəsindən geri çağırılmışdı.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyi aşağıdakı heyətdən ibarətdir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov.