İyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti , Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.