Qroznıdan Azərbaycan sərhədinədək böyük tıxac yaranıb

Qroznıdan Azərbaycan sərhədinədək böyük tıxac yaranıb backend

Rusiyanın “Qafqaz” federal magistral yolda görünməmiş tıxac yaranıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, buna səbəb bir neçə körpüdə aparılan təmir işləridir. Hazırda tıxacın uzunluğu on kilometrlərlə ölçülür.

Məlumata görə, Qafqaz magistral yolunun 753-cü kilometrliyindən başlayan tıxac Qroznı-Mahaçkala-Azərbaycan sərhədinədək davam edir.