Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Universitetin mətbuat xidmətindən QAZİLƏR.AZ-a verilən məlumata görə, UNEC kollektivi Heydər Əliyevin və “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.Lələtəpə yüksəkliyinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndindəki N saylı hərbi hissənin əsgərləri ilə görüşən UNEC kollektivi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə universitet rektoru, professor Ədalət Muradovun əsgər və zabitlərə təbriklərini çatdıraraq, şərəfli xidmətlərində onlara uğurlar arzulayıblar. O bildirib ki, ordumuz qələbələrilə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər.
Daha sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Səfər Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin dəstəyilə təşkil olunub. Səfərdə həmçinin “XXI əsrin qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və əməkdar jurnalist Flora Xəlilzadə də iştirak edib.