Təhsil Nazirliyinin “qaynar xətt“inə 4381 zəng daxil olub

Təhsil Nazirliyinin “qaynar xətt“inə 4381 zəng daxil olub backend

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt"), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə 4381 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə çox, 2014-cü il ilə müqayisədə isə 1,8 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4214 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 545 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1300 sənəd (440 ərizə, 691 məktub, 169 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1018 zəng) və çərşənbə axşamı (1024 zəng) günləri əsasən saat 10:00-dan 12:00-dək və 14:30-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (969 müraciət) və çərşənbə (908 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
Diaspora