Qarabağ qaziləri birliyi fəxri fərmanla təltif edildi – Prezident yanında Şura tərəfindən

Qarabağ qaziləri birliyi fəxri fərmanla təltif edildi – Prezident yanında Şura tərəfindən backend

QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Qarabağ qaziləri” ictimai birliyini fəxri fərmanla təltif edib.

Şuranın icraçı katibi Fərasət Qurbanov Fəxri Fərmanı “Qarabağ qaziləri” ictimai birliyinin sədri Ehtimad Əsədova təqdim edib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin imzaladığı diplomda yazılıb: ““Qarabağ qaziləri” ictimai birliyi müharibə veteranlarının və şəhid ailələrinin problemlərinin həllində və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində səmərəli ictimai fəaliyyətinə görə təltif edilir”

E.Əsədov onları verdikləri dəyərə görə Şuranın sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.

QAZİLER.AZ