Ramazan bayramında əfv olacaq?

Ramazan bayramında əfv olacaq? backend

“Əfv sərəncamının verilməsi cənab Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Amma yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilmir”.


QAZİLƏR.AZ Modern.az-a istinadən bildirir ki, bu haqda Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü fikirlərini aşağıdakı kimi əsaslandırıb:
“Nəzərə alsaq ki, sonuncu əfv sərəncamı mart ayında verilib və 423 nəfər əfvə düşüb, onda belə tez-tez sərəncam imzalanacağını gözləmirəm. Eyni zamanda, əfv sərəncamı verilməzdən əvvəl Komissiyanın iclasları olmalı, işlərə baxılmalıdır. Bu günlərdə Komissiya toplanmayıb və yaxın günlərdə də iclaslarla bağlı hər hansı məlumat yoxdur”.

O qeyd edib ki, istənilən halda sonuncu söz prezidentindir.