2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ümumilikdə 7709 plan yeri ayrılıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunlardan 5454-ü Azərbaycan bölməsi, 702-si rus bölməsi, qalan 1553 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.