Şəhid ailəsindən minnətdarlıq

Şəhid ailəsindən minnətdarlıq backend

20 yanvar şəhidləri İlhamla Fərizənin ailə üzvü Elxan Allahverdiyevdən redaksiyamıza minnətdarlıq məktubu daxil olub.

E.Allahverdiyev bildirir ki, bir müddət əvvəl onların ailəsinə məxsus qeyr-yaşayış sahəsində elektrik təminatı ilə bağlı texniki problem yaranıb. Bununla bağlı o, Azərişıq ASC-nin rəhbərliyinə müraciət edib. Yaranmış problem qısa müddətdə həll edilib.

“Yaranmış problemlə bağlı Azərişıq ASC-nin rəhbərliyinə müraciət etdim. Çox sağolsunlar, problem dərhal, həll edildi. Qısa zaman kəsiyində və təmənnasız məsələni həll etdikləri üçün Azərişıq ASC-nin rəhbərliyi başda olmaqla qurumun Yasamal rayonu elektrik satışı və təchizatı idarəsinin müdiri Abbas Quliyevə, şöbə rəisi Qoşqar Hacıyevə öz adımdan, ailəmiz adından dərin minnətdarlığımızı bildirirəm”,- deyə E.Allahverdiyev qeyd edib.

QAZİLER.AZ