Bu gün məktəblərdə “Son zəng” çalınır

Bu gün məktəblərdə “Son zəng” çalınır backend

Bu gün respublikamızda 2016/2017-ci dərs ili başa çatır.


QAZİLƏR.AZ Təsil Nazirliyinə istinadən xəbər verir ki, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945 nəfərdir.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.