Ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat vermiş şəxs tutulub

Ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat vermiş şəxs tutulub backend

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.


QAZİLƏR.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.