46 sığorta agentinin lisenziyası dayandırılıb

46 sığorta agentinin lisenziyası dayandırılıb backend

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.


QAZİLƏR.AZ Modern.az-a istinadən xəbər verir ki, lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda həmçinin, iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.