Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə operativ məlumat yayıb.
ANAMA-dan Qaziler.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 933 ədəd qəlpə aşkar edilib.Mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib. Nəticə etibarilə 26 207 kv.m (2.62 ha) ərazi tam təmizlənib, 9 100 kv.m (0.91 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.



