Sinoptiklərdən hava ilə bağlı XƏBƏRDARLIQ

Sinoptiklərdən hava ilə bağlı XƏBƏRDARLIQ backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.