Azərbaycanlı ermənilər tərəfindən saxlanaraq, əlində olan bayraq alınıb Bir qrup türkiyəli Türkiyənin Vaşinqtondakı Səfirliyi qarşısına toplaşaraq, Türkiyə lehinə şüarlar səsləndiriblər.
Lent.az-ın məlumatına görə, türklər Türkiyə bayraqlarını dalğalandırarkən, qarşı tərəfdən toplanan ermənilərin türk bayrağını cırmaq istəməsi tərəflər arasında toqquşmaya səbəb olub.Ermənilərin toplandığı əraziyə gedən azərbaycanlı ermənilər tərəfindən saxlanaraq, əlində olan bayraq alınıb.
Maşınından enərək, ermənilərə cavab vermək istəyən azərbaycanlı isə qarşıdurma nəticəsində, polis tərəfindən saxlanaraq, nəzarət altına alınıb. Polisin azərbaycanlını nəzarətə altına alması, türklər tərəfindən etiraza səbəb olub. Ermənilər iki dəfə türk bayrağını ayaq altda taptalamaq istəyiblər. Beləliklə, tərəflər arasında baş verən toqquşma təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən yatırılıb.
Video ilə bu linkə daxil olmaqla, tanış olmaq mümkündür:
http://www.milliyet.com.tr/Milliyet-Tv/video-izle/Washington-da-Turk-bayragina-saldiri-1PbKI6nfwEhk.html