Tədris ili yekunlaşanda xaricdə təhsil alan tələbələrin əsas qayğısı diplomlarının tanınıb-tanınmayacağı ilə bağlı olur.
Diplomun təsdiqlənməsi üçün tələbənin təhsil aldığı universitetin leqal fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Yalnız sənədləşmə ilə bağlı problemi olmayan tələbələr müsahibə mərhələsinə buraxılırlar.Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, müsahibə zamanı tələbənin təhsil aldığı dilə yiyələnmə səviyyəsi və ixtisas bilikləri yoxlanılır. Bu zaman müsahibədə uğursuz olan tələbələrə imtina verilir. Ancaq imtina diplomun heç zaman tanınmayacağı anlamına gəlmir.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, bu zaman məhkəməyə müraciət müddətinə diqqət etmək lazımdır.
Məhkəmədə tələbənin müraciətinə baxılması və ona müsbət cavabın verilməsi bir neçə formada reallaşa bilər. İlk növbədə, məhkəmə araşdırmadan sonra Təhsil Nazirliyinin imtina səbəblərini yetərsiz hesab edərsə, tələbənin yenidən müsahibəyə dəvət olunması haqqında qərar qəbul edə bilər.
Diplomlarının təsdiqlənməsini arzulayan tələbələr sadalanan qaydalara əməl etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: