Mənzil bölgüsündə Qarabağ qazisi olan jurnalistlərin adları birinci olmalıdır
Koordinat.az xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu dünən APA TV-də yayımlanan "İlham Tumasla 40 dəqiqə" verilişində deyib. Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) tərkibində yaradılmış komissiya istər redaksiyalar tərəfindən təqdim olunmuş siyahıları, isrərsə nə fərdi müracətləri araşdırarkən də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş jurnalistlərə və şəhid ailələrinə qarşı diqqətli olmalıdır: "Ümumiyyətlə, tormaq,vətən, millət üçün bir gün belə vuruşmuş insanların xidmətin dəyərləndirmək hər kəsin borcudur. Mənzil bölgüsündə Qarabağ müharibəsində iştirak etmiş jurnalistlərin adları birinci sırada olmalıdır. Hansı redaksiyada belə jurnalistlər varsa, mənzil alacaq KİV əməkdaşlarının siyahısında onların adı əvvəldə olmalıdır. Təkcə redaksiya kollektivləri yox, dövlət də bu cür jurnalistlərin qayğısına qalmnalıdır. Vətənpərvərlik və qazilik stimullaşdırılmalıdır, müharibə veteranları və şəhid ailələri fərqli yaşamalıdır, onların satusu az qala deputat status qədər olmalıdır. İnsanlar bilməlidirlər ki, bu gün-sabah torpağımız, vətənizmiz uğrunda şəhid və ya qazi olsa onun geridə qalanları çətinlik və ehtiyac içərisində olmayacaq. Ona görə də Qarabağ müharibəsində iştirak etmiş jurnalistlərin adları mənzilə iddialı namizədlərin siyahısında birinci sırada yazılmalıdır. Mən inanmıram ki, hansısa redaksiyada mənzilə ehtiyacı olan Qarabağ qazisinin adı birinci yazılmasın".Mənzilə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı KİVDF-də yaradılmış komissiyanın üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, jurnalistlər üçün inşa edilmiş birinci binada Qarabağ müharibəsi veteranı olan KİV əməkdaşlarına xüsusi önəəm verilib: "Hətta Milli Qəhrəman və şəhid ailələri, səhhətində problemlər olan jurnalistlər var ki, onlar birinci binada mənzillə təmin olunub və hazırda orada yaşayırlar. Güman edirik ki, Prezident Administarsiyası bu dəfə də həmin məsələrə diqqətlə yanaşacaq, hər şeyi incəliyinə qədər araşdıracaq və ədalətli qərar qəbul edəcək".