İki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun bu gün dəfn mərasimi keçirilir.

Lent.az-ın məlumatına görə, Nərgiz Yaqublunu son mənzilə müşayiət edən izdiham Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki evindən qəbristanlığa yola düşüb.
Dəfn mərasimində yüzlərlə insan iştirak edir. Onların arasında milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar da var. Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: "Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN".
