Təhsil naziri Mikayıl Cabbarov iyunun 14-də “Son zəng” tədbirlərinin hansı formada keçiriləcəyini açıqlayıb.
QAZİLƏR.AZ Trend-ə istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında “Son zəng” tədbirlərinin keçirilməsinə dair bütün zəruri olan məlumatların Təhsil Nazirliyi və yerlərdə fəaliyyət göstərən şəhər və rayon təhsil şöbələri tərəfindən məktəblərə təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq.