Hacıqabul şəhərində yol-nəqliyyat hadisəsi

Hacıqabul şəhərində yol-nəqliyyat hadisəsi backend

İyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

QAZİLƏR.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəza nəticəsində sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır