Kredit borcu olanlar bu xəbəri - MÜTLƏQ İZLƏSİN!

Kredit borcu olanlar bu xəbəri - MÜTLƏQ İZLƏSİN! backend

Krediti iki il əvvəl tam ödəyib bitirsədə indi ona qalıq borcu qaldığını üstəlik ödəmədiyi hər günə görə üzərinə faiz gəldiyi bildirilir.

Paytaxt sakini Rövşən Dəmirovun başına gələn bu hadisə bankda kredit götürmüş hər bir şəxsin başına gələ bilər. Hüquqşünasların belə halla qarşılaşmaq istəməyən vətəndaşlara məsləhətləri var.
Dollarla olan kredit borcunu tam ödədikdən 2 il sonra bankdan ona 100 dollar borcu olması ilə bağlı xəbərdarlıq edilib. Üstəlik bu borcun hər gün artıdığı bildirilir.
Payataxt sakini Rövşən Dəmirov 2014 cü ildə bankdan dollarla kredit götürüb. Dollar manat qarşısında dəyər qazandıqdan sonra başqa bir bankdan manatla kredit götürərək həmin borcu tam şəkildə ödəyib.
Şikayətçi bildirir ki, ötən 2 il ərzində ona borcunun olması ilə bağlı bir dəfə də olsun xəbərdarlıq edilməyib. İndi Rövşən Dəmirovu maraqlandıran məsələ niyə 2 il ərzində ona bir dəfə də borcunun olmasına dair xəbərdarlıq edilməyib və borc hansı əsasla yaranıb?
Hüquqşünaslar isə belə halla qarşılaşmamaq üçün borc bitən zaman mütləq qaydada kreditin bağlanmasına dair arayışın alınmasını vacib sayır.
Qanunvericiliyə əsasən ödəniş bitdikdən sonra bankın bununla bağlı 3 il ərzində vətəndaşa məlumat vermək və ya məhkəyə müraciət etmək hüqququ var. Hər bir halda tərəflər razılıqa gələ bilmirsə problem məhkəmə yolu ilə həll edilməlidir.