23 yaşlı qız 6 manata görə cinayət törətdi – BAKIDA

23 yaşlı qız 6 manata görə cinayət törətdi – BAKIDA backend

Bakıda quldurluq hadisəsi baş verib.

QAZİLƏR.AZ Lent.az-a istinadən xəbər verir ki, iyunun 4-də saat 20 radələrində Nizami rayonu Rüstəmov küçəsində binanın girişində 2 naməlum şəxs İsayeva Yeganə Sabir qılzına hücum edərək onu döyüb. Onlardan Y.İsayevanın içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçıb. Y.İsayeva isə səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Səidə Kərimova olması müəyyən edilib.

Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.