Azərbaycanın energetika naziri Natiq Aliyev xəstəxanaya yerləşdirilib.
Qaziler.az lent.az-a istinadən xəbər verir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardio-reanimasiya şöbəsinə yerləşdirilib.Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.