Qarabağ qaziləri daha iki xəstəxanada nümunəvi xidmətlərinə görə həkimlərə diplom verdilər

Qarabağ qaziləri daha iki xəstəxanada nümunəvi xidmətlərinə görə həkimlərə diplom verdilər backend

Xəbər verildiyi kimi, “Qarabağ Qaziləri” İctimai Birliyi və “Vətən Müharibəsi Əlilləri” birlikləri tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş Qazilərə göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim diploma layiq görülüb.

Bu günlərdə böyük bir tədbir keçirilərək dörd nəfər tibb işçisinə diplomlar təqdim edilib. Digərlərinə isə diplomlar, əvvəlcədən planlaşdırılan kimi, hər kəsin çalışdığı xəstəxanada təqdim edilir.

QAZİLER.AZ
saytı xəbər verir ki, bu məqsədlə “Qarabağ Qaziləri” birliyinin sədri Ehtimad Əsədov və “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov və Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzində olublar.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyevə, Mərkəzin Hemodializ şöbəsinin müdiri Xanbaba Hüseynova, Mərkəzin direktorunun köməkçisi Esmira Yusifovaya diplomlar təqdim edilib.

Növbəti diplomlar isə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Mərkəzinin baş həkimi Telman İbadova, Klinik Mərkəzin baş həkiminin müavini Mahir Babayevə, 2-ci qəbul şöbəsinin müdiri İmran Qurbanova (Qarabağ müharibəsi veteranı) və Endokrinologiya Şöbəsinin müdiri Aynur Hümbətovaya diplomlar təqdim edilib.

Həkimlər onlara verilən dəyərə görə Qarabağ qazilərinə minnətdarlıqlarını bildiriblər.

QAZİLER.AZ



















Diaspora