Qaziler.az saytı musavat.coma istinadən xəbər verir ki, Qarabağ müharibəsi veteranı, siyasi məhbus Tofiq Yaqublunun azadlığa buraxılıb. Qızının vəfatı ilə bağlı Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması dünəndən gözlənilsə də, heç bir səbəb olmadan onun azad edilməsi yubadılıb və bu dəqiqələrdə baş tutub. O artıq evinə doğru yola düşüb.
Bu barədə Musavat.com-a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.
Xatırladaq ki, ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur.



