Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 15-18°, gündüz 20-25°, Bakıda gecə 16-18°, gündüz 23-25° isti olacağı gözlənilir.Sabah rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.