Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin konfrans zalında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək “ İctimai Birliyinin təşəbbüsü ilə“Unudulmaz incəsənət, teatr və kino xadimilərimiz” adlı tədbirlər planı çərcivəsində Azərbaycanın xalq artisti unudulmaz mugam ifacısı olmuş, xanəndə Xan Şuşinskiyə həsr olunmuş tədbir və eyni zamanda da yazıcı-şair Şahlar Şuşalının mərhum xanəndə Xan Şuşinskiyə həsr etdiyi “Mən Tanıyan Xan Əmi” adlı kitabın təqdimatı keçirilmişdır.
Bu barədə QAZİLER.AZ-a DAHD-dan məlumat verilib.Tədbiri giriş sözü ilə acan Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin direktoru professor Nazim Kazımov unudulmaz xanəndə Xan Şuşinski barədə geniş məlumat verdi. Deyildi ki mərhum xanəndə Xan Şuşinski uzun müddət musiqi kollecində muğam sənətindən dərs demiş, cox məhşur xanəndələr yetirmişdir. Daha sonra “Dunya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliynin sədri Tofiq Əli-zadə tədbir iştirakçılarına Azərbaycan muğam ifacılığı sənətinin sərkərdələrində sayılan xanəndə Azərbaycanın xalq artisit,Xan Şuşınskinin həyat və yaradıçılığı barədə danışarkən demişdir ki, Xan Şuşinski -İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur.
16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir.

Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı. Daha sonra Xan Şuşalının yaxın qohumu olan və yeni kitabın müəllif olan Şahlar Şışalı demişdir ki, Xan Şuşali XX əsrin əvvələrindən əsrin sonlarına kimi ən nəhəng muğam xanəndələrindən biri olmuş və Azərbaycan muğam sənətinin bu günki zirvəyə catmasında da onun misilsiz xidmətləri olmuşdir. Deyildi ki, o,1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

Daha sonra cıxış edən akademik Telman Əliyev Xanl Şuşalı ilə bağlı xatirələrindən danışmışdır. Deyildi ki, O ,1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.
Sonda musiqi kollecinin tələbə və müəllim heyyətlərinin ifalarında mugam parcaları səslənmişdir