Bu gün Bakının bir sıra yerlərində su problemi yaşanacaq

Bu gün Bakının bir sıra yerlərində su problemi yaşanacaq backend

Bu gün paytaxtın bəzi yerlərində su olmayacaq.


QAZİLƏR.AZ Lent.az-a istinadən bildirir ki, Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.