Silahlı Qüvvələrin 2017-cı ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir.