3 oğru tutuldu

3 oğru tutuldu backend

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.


QAZİLƏR.AZ Lent.az-a istinadən bildirir ki, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən mayın 18-də Z. Abıyevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Əhmədov saxlanılıb.

Habelə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mayın 25-də rayon ərazisindəki evlərdən birindən 890 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılov da tutulub.

Həmçinin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri sayəsində mayın 11-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əhmədov da saxlanılıb.