Nəqliyyat Agentliyi məktəblilər üçün təlimlərə başlayıb

Nəqliyyat Agentliyi məktəblilər üçün təlimlərə başlayıb backend

Bakı Nəqliyyat Agentliyinin “Bir Yoldayıq” sosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıq” layihəsinə start verilib.


QAZİLƏR.AZ Lent.az-a istinadən bildirir ki,, layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək. İlk təlimlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 126, 244 və 246 saylı orta məktəblərdə təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edilib. Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlik, həm də bir şəxsiyyət olaraq formalaşma baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb. Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üşün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir. Kampaniya sosial xarakter daşıdığından, hər bir şəxs “Bir Yoldayıq” facebook sosial şəbəkəsindəki səhifəsinə daxil olub rəy və təkliflərini bildirə bilər.
Diaspora