Mədət Quliyev: Azərbaycanda casuslar var

Mədət Quliyev: Azərbaycanda casuslar var backend

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verib.

Qaziler.az Report-a istinadən xəbər verir ki, M.Quliyev bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib:

“Möhtərəm Prezidentimizin tapşırığı ilə bu tədbirlər keçirildi. Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir”.