“Bakı Avtonəqliyyat-2” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. "Report" dövrü mətbuata istinadən məlumat verir ki, cəmiyyətin səhmdarları iyulun 13-də saat 15:00-da toplaşacaqlar.
Yığıncaqda 2016-cı il üçün cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat dinləniləcək.Toplantı Bakı şəhəri, Babək prospekti, 2315-ci məhəllə ünvanında keçiriləcək.