Tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Lent.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində, Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.20 Yanvar dairəsində hərəkət qismən məhdudlaşdırılır

