2020-ci ildə təxminən 400 milyon insanın 5G xidmətlərindən istifadə edəcəyi gözlənilir.
QAZİLƏR.AZ İKT.lent.az-ın verdiyi xəbərə istinadən bildirir ki, belə bir proqnozla “Ovum” şirkətinin mütəxəssisləri çıxış edib. Onların fikrincə, yüksək sürətli şəbəkə abunəçilərinin sayı sürətlə artmaqda davam edəcək.
Bundan əvvəl “Ovum”da hesab edirdilər ki, 2021-ci ildə 5G xidmətlərindən istifadə edən istifadəçilərin sayı 24 milyon nəfər təşkil edəcək. Yeri gəlmişkən, GSMA monitorinqinə əsasən artıq 2025-ci ildə istifadəçilərin sayı 1,1 milyard nəfərə çatacaq.
Xatırladaq ki, 5G şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bəzi operatorlar artıq beşinci nəsil rabitənin sınaqlarını aparırlar.