“Çanaqqala Sülh Zirvəsi erməni yalanlarına və ermənipərəstlərə bir cavab olacaq.
Bu tədbir bir daha təsdiqlədi ki, Türkiyə prosesləri önləmək üçün bir sıra addımlar atır. Azərbaycan prezidenti İlham Əliyevin tədbirdə iştirakı qardaş ölkəni meydanda tək qoymadığımızı və iki qardaş ölkənin proseslərə güclü hazırlaşdığını ortaya qoydu”.Qaziler.az Atv.az-a istinadən bildiri ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının president, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Adil Əliyev Çanaqqala Sülh Zirvəsi ilə bağlı fikirlərini bölüşüb. “Əslində Canaqqalada şəhidlərimizlə birgə, İngiltərə və onu dəstəkləyən qüvvələrin əsgər və zabitlərinin məzarlarının bu günə qədər qorunub saxlanılması, türk millətinin işğalçı ölkənin insanına olan münasibətini təsdiqləyir. Bu, əsl insani yanaşmadır.
Bu gün məzarlıq dostluq və sülh məkanına çevrilib. Dünyanın müxtəlif yerlərindən insanlar gəlib, əcdadlarının məzarlarını ziyarət edirlər. Gerçəklikdən və tarixi faktdan qaçmaq olmaz”. Millət vəkili beynəlxalq aləmi əsl gerçəyi görməyə çağırır: “Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir. Azərbaycan işğal altında qalan torpaqları Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını göstərir. Halbukı tarixdə olmayan bir quruma oyunu, Türk millətinin üzərinə yığmaq istəyir. Bu qüvvəllər istədiklərinə nail ola bilməyəcəklər və erməni yalanları puça çıxacaq”.