Ağdamda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

Ağdamda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır backend

Ağdam rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır, dəyən ziyan hesablanır.


APA-nın xəbərinə görə, dolu ilə müşahidə olunan güclü külək rayonun Çəmənli kəndində evlərin dam örtüyünü aşırıb, ağacları kökündən çıxarıb, meyvə-tərəvəz məhsullarına ziyan vurub.

Ağdam Elektrik Şəbəkəsinin rəisi Emin Əliyev APA-ya açıqlamasında bildirib ki, 2 ədəd 35 kilovoltluq elektrik xəttində dayağın aşması və elektrik naqillərinin qırılması nəticəsində bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları da cəlb olunub, yerli sakinlərə dəyən ziyan hesablanır.