Dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edildi.
Baş nazir Artur Rasizadə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib.Lent.az-ın məlumatına görə, qərara əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.
Həmin siyahı ilə 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.