İRNA xəbər agentliyi IV İslam Həmrəyliyi Oyunlarından yazıb

İRNA xəbər agentliyi IV İslam Həmrəyliyi Oyunlarından yazıb backend

İranın İRNA xəbər agentliyi Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarından yazıb. Yazıda qeyd olunub ki, bu yarışlarda İran idmançıları 58 medal qazanıblar. Atletlər idmanın ağırlıqqaldırma, atıcılıq, cüdo, karate, gimnastika növlərində uğurla çıxış ediblər.


Nəzərə çatdırılıb ki, 54 ölkənin idmançılarının qatıldığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Bütün idmançılar üçün eyni şərait yaradılıb. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir.

Qeyd olunub ki, yarışlar davam edir və İran idmançıları yenə də medal qazanmaq şansına malikdirlər.