“Mina qurbanlarına və digər müharibə əlillərinə iqtisadi imkanların yaradılması” layihəsi işə başlayıb

“Mina qurbanlarına və digər müharibə əlillərinə iqtisadi imkanların yaradılması” layihəsi işə başlayıb backend

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun QAZİLER.AZ-a verdiyi məlumata görə, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mina qurbanlarına və digər müharibə əlillərinə iqtisadi imkanların yaradılması” adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi mina qurbanı olmuş şəxsləri kiçik biznes sahəsinə cəlb edərək onların sosial problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Qrant layihəsi Füzuli, Tovuz və Tər-tər rayonlarında həyata keçiriləcək. Hər rayondan olan bir mina qurbanına özlərinin təqdim etdiyi biznes planlarına əsasən kiçik biznes fəaliyyətini qurmaq üçün faizssiz maliyyə vəsaiti veriləcək.

Layihənin büdcəsi 5000 manatdır və icra müddəti 4 aydır.