Təbrizdə Azərbaycan üçün koalisiya yaradıldı

Təbrizdə Azərbaycan üçün koalisiya yaradıldı backend

Təbrizdə azərbaycanlıların tələblərini gündəmə gətirən Şəhər Şurası seçkilərinə namizədlərdən bir neçəsi “El gücü” adlı koalisiya yaradıblar.

Axar.az xəbər verir ki, Təbriz Şəhər İcra Hakimiyyəti (Fərmandari) son günlərdə ictimaiyyətə təqdim olunan koalisiyaya təbliğat fəaliyyətinə başlamaq üçün icazə verib.

“El gücü” koalisiyası Təbriz əhalisi üçün böyük əhəmiyyət daşıyan yaşayış məntəqələrinin problemini, şəhər memarlığı və şəhərdə dəyişdirilən yer adlarının yenidən bərpa olunması kimi məsələləri gündəmə gətirir.

Koalisiyada yer alan namizədlər bunlardır: Leyla Cavidan, Əmirrza Əsədi, Səid Baqiri Qolzar, Əli Bəyməhəmədi, Mehdi Purquli, Vəhid Zadşəmpur və Səid Fatih.